Toplantı çərçivəsində Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) korporativ kimliyinin vizual dizaynının hazırlanması məsələsi gündəmə gəldi. Həmin vaxt bu işin icrası üçün Prof. Dr. Teymur Rzayev öz dəstəyini təklif etdi və görüşün sonunda bu məsuliyyət ona həvalə edildi.
Prof. Dr. Teymur Rzayev tərəfindən, təxminən 40-a yaxın fərqli loqo eskizi hazırlanaraq qiymətləndirilmək və seçim üçün DAAB-nin İdarə Heyətinə və Diaspor Komitəsinə təqdim olundu. Geniş rəy mübadiləsi və ətraflı dəyərləndirmə prosesi nəticəsində təqdim edilən variantlar arasından bir loqo yekdilliklə seçildi.
Seçilmiş loqonun texniki dizaynı Prof. Dr. T. Rzayevin rəhbərliyi ilə onun azərbaycanlı tələbəsi Nilüfər Xəlilova tərəfindən hazırlanmışdır.
Hazırda bu loqo DAAB-nin rəsmi simvolu kimi bütün yazışmalarda, təqdimatlarda və digər rəsmi sənədlərdə aktiv şəkildə istifadə olunmaqdadır. Bu loqo yalnız vizual tanıtım vasitəsi deyil, eyni zamanda birliyin elmi, mədəni və peşəkar dəyərlərini təcəssüm etdirən simvolik bir elementdir.